Səna Amerika və Britaniya hərbçilərini Yəməndən qovdu

Səna Amerika və Britaniya hərbçilərini Yəməndən qovdu

Birləşmiş Millətlər Təşkilatının yüksək rütbəli mənbəsi bildirib ki, Ənsarullah amerikalı və ingilis personalına nəzarəti altında olan əraziləri tərk etmək üçün bir ay vaxt verib.

Az.rasthaber.org xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Sənadakı yüksək səviyyəli mənbəsi deyib:

“Ənsarullah Hərəkatı Yəməndəki amerikalı və britaniyalı işçilərin arzuolunmaz ünsürlər kimi göründüyünü bəyan edib".

Ənsarullah amerikalı və ingilis personalına nəzarəti altında olan əraziləri tərk etmələri üçün bir ay vaxt verib.

“Ənsarullah nəzarəti altında olan ərazilərdə Britaniya və Amerika işçilərindən istifadə etməməyi planlaşdırır”.

Sənanın bu hərəkəti elə bir şəraitdə baş verdi ki, Amerika və İngiltərə sionist rejimə dəstək olaraq dəfələrlə birbaşa Yəməni hədəf aldı və Yəmən silahlı qüvvələri bu hücumlara cavab verdi.

Yəmən ordusu Fələstin xalqına dəstək məqsədilə işğal altındakı Fələstinə gedən heç bir İsrail gəmisinin Qırmızı dəniz və Babel Məndeb boğazından keçməsinə icazə vermir. Bu məsələ Amerika və İngiltərənin sionistləri dəstəkləməyi düşünməsinə səbəb oldu.

Yəmən ordusunun Qırmızı dənizdəki əməliyyatlarına qarşı hərbi koalisiya yaradan ABŞ bu səhər Böyük Britaniya və digər müttəfiqləri ilə birlikdə Yəmən ərazisindəki mövqeləri hədəfə alıb.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin yüksək rütbəli üzvü Məhəmməd Əli əl-Husi bu səhər verdiyi açıqlamada deyib: Yəmən ordusu ABŞ və İngiltərənin hücumlarına cavab verəcək. ABŞ və İsrailin hücumları qarşısında susmaq mümkün deyil.

Yəmən ordusunun İsrail gəmilərinə hücumları və Qəzza zolağında işğalçılara qarşı reaksiyalar davam edəcək, Səna ancaq insan vicdanının çağırışına qulaq asacaq”.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bu gün səhər ABŞ koalisiyasının Yəmənin müxtəlif bölgələrinə genişmiqyaslı hücumlarına cavab olaraq bildirib ki, bu hücumlar cavabsız qalmayacaq.

Xəbəri paylaş

VİDEOLAR