Şəmxani: İsrailin məni niyə hədəfə aldığını bilirəm

Şəmxani: İsrailin məni niyə hədəfə aldığını bilirəm

Sionist İsrailin hücumu zamanı ağır yaralanan İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Şəmxani hücumdan sonra ilk dəfə danışıb.

Az.rasthaber.com xəbər verir ki, Şəmxani iştirak etdiyi verilişdə deyib: "Sionistlərin hücumundan sonra 3 saat dağıntılar altında qaldım. Ailəm digər otaqda idi və namaz vaxtına yaxın idi. Mən namaza qalxmaq üzrə idim və dağıntıların altında namaz qıldım. Əvvəlcə bunun zəlzələ olduğunu düşündüm. Amma maşınların səsini eşidəndə bunun belə olmadığını anladım. İsrailin niyə məni hədəfə aldığını bilirəm, amma onlara cəhənnəmi yaşatdım. Sionistlərin hücumundan bir an belə qorxmadım. Yalandan dedilər ki, ayaqlarım kəsilib. Kəsilmiş olsalar belə, mənim ayaqlarım nəyə lazımdır?"

Xəbəri paylaş

VİDEOLAR