İran Milli Təhlükəsizlik Ali Şurası Ali katibi Əli Şəmxani, rəsmi görüşlər aparmaq üçün Tehranda olan Suriyanın xarici işlər naziri Feysəl Miqdad ilə görüşüb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, bu görüşdə qarşılıqlı əlaqələr ilə yanaşı Suriyanın son vəziyyəti, regional və qlobal məsələlər də müzakirə edilib.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ikitərəfli görüşdə, İran ilə Suriya arasındakı yüksək səviyyəli strateji əlaqələrə toxunaraq, Suriyanın sionist rejimin işğalşılığı və ekspansionist siyasətinə qarşı mübarizədəki vacib rolunu yüksək qiymətləndirib və Tehran ilə Dəməşq arasındakı əlaqələrin inkişaf etdirilməsi vacibliyini olduğunu vurğulayıb.
Şəmxani, ABŞ-ın Suriyada olmaqla bu ölkənin neftini talan etməyi, sionist rejimin təhlükəsizliyini təmin etməyi və İŞİD-in bölgədəki terror özəklərini gücləndirməyi və yaymağı hədəflədiyini bəyan edərək, deyib: "ABŞ-ın regiondakı şər varlığına son qoyulmalıdır".
Şəmxani işğalçı sionist rejimin varlığının səbəbi və yaşamaq sirrinin insan haqlarını pozmaq və terroru genişləndirmək olduğuna toxunaraq, deyib: "Beynəlxalq ictimaiyyət sakit və təhlükəsiz bir dünya yaratmaq üçün bu qəddar və qeyri-insani rejimin hərəkətlərinə qətiyyətlə qarşı çıxmalıdır".
"Sionist İsrail rejimi olmadan dünya daha təhlükəsiz olacaqdır", - deyə o qeyd edib.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi regionun bəzi ərəb ölkələrinə xitabən deyib: "Rəzilliklə qondarma sionist rejimlə münasibətlərini normallaşdıran və ABŞ-ın regiondakı planlarına xidmət edən bəzi ölkələrin başçılarının aqibəti Qəddafi və Ömər əl-Bəşirin taleyindən daha fərqli olmayacaq".
Şəmxani, Suriya xalqının və hökumətinin ivrit-İŞİD terrorizmi və təcavüzü qarşısında müqavimətini yüksək dəyərləndirərək deyib: "İran İslam Respublikası heç vaxt təcavüz və terrorizmə qarşı mübarizədə Suriya xalqını və hökumətini tək qoymayacaq".
Faysal Miqdad bu görüşdə, İran İslam Respublikasının terrorizm və sionist rejimlə mübarizədə Suriyaya verdiyi hərtərəfli dəstəyə görə təşəkkür edərək deyib: "Suriya hökuməti və xalqı heç vaxt şəhid Qasim Süleymaninin rəhbərlik etdiyi İran komandirləri və əsgərlərinin fədakarlıqları və canfəşanlıqlarını unutmayacaq."
O, Tehran-Dəməşq münasibətlərinin çox yaxşı səviyyədə olduğunu bildirib və ölkəsinin İranla əlaqələrini bütün sahələr üzrə daha da inkişaf etdirmək istədiyini söyləyib.
Qeyd edək ki, Suriyanın yeni seçilmiş xarici işlər naziri Feysəl Əl- Miqdad iranlı həmkarı Məhəmməd Cavad Zərif və İran İslam Respublikasının digər rəsmiləri ilə görüşmək üçün Tehranda rəsmi səfərdədir.