Şəmxani: "ABŞ Əfqanıstan xalqının əmlakını azad etməlidir"

Şəmxani:

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Şəmxani vurğulayıb ki, ABŞ Əfqanıstan xalqının mallarını azad etməli və eyni zamanda bu ölkəyə dəyən maddi ziyanı ödəməlidir.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani Tacikistanda keçirilən regional təhlükəsizlik dialoqunun dördüncü sessiyasında çıxış edib.

Bölgədəki vəziyyəti, xüsusilə də son iyirmi ildə Əfqanıstanda baş verənləri dəyərləndirən Şəmxani ABŞ-ın Əfqanıstandan utancverici şəkildə qaçmasına toxunaraq bildirib:

"İran həmişə Əfqanıstanda sabitlik, təhlükəsizlik və sülhün tərəfdarı olub və bunu Əfqanıstan və region xalqlarının rifahı üçün zəruri “platforma” kimi görür".

Şəmxani Əfqanıstanda 20 illik müharibənin və Ukrayna müharibəsinin əsas səbəbinin ABŞ-ın yanlış siyasəti olduğunu bildirib.

Şəmxani vurğulayıb ki, ABŞ Əfqanıstan xalqının əmlakını azad etməli və eyni zamanda bu ölkəyə dəymiş maddi ziyanı ödəməlidir.

Şəmxani terrorizm və ekstremizmi Əfqanıstanda təhlükəsizliyin əsas amillərindən biri kimi qiymətləndirərək deyib:

"Təəssüf ki, bəzi regional və digər ölkələrin Əfqanıstana terrorçuların göndərilməsində və yönləndirilməsində iştirakına dair narahatlıqverici sübutlarımız var".

ABŞ-ın Əfqanıstana müdaxiləsinin davam etməsinə toxunan Şəmxani deyib:

"Əgər biz ABŞ-ın Əfqanıstana müdaxiləsini məhdudlaşdırmaq istəyiriksə, bu ölkə xalqının problemlərini, xüsusən də iqtisadi problemlərini həll etmək üçün birlikdə hərəkət etməliyik".

Xəbəri paylaş

VİDEOLAR