Şəmxani 13 qisas planından danışdı; Getməsələr, ölü halda göndərəcəyik!

Şəmxani 13 qisas planından danışdı; Getməsələr, ölü halda göndərəcəyik!

İranın Ali Təhlükəsizlik Şurasının katibi ölkəsinin qisas planları barədə danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bəyan edib ki, ölkəsi general Qasim Süleymaninin qisası ilə bağlı 13 ssenarisi var.

Onun sözlərinə görə, hətta hazırlanan ssenarilərdən “ən kiçiyi belə ABŞ üçün gecə kabusuna çevriləcək”.

“Əgər ABŞ hərbçiləri könüllü şəkildə bizim regionu tərk etməsələr, biz elə edəcəyik ki, onların cəsədlərini üfqi vəziyyətdə çıxarılacaq”, - deyə o qeyd edib.

O, sözügedən ssenarilərin təfərrüatları barədə danışmayıb.

Xəbəri paylaş

VİDEOLAR