Rusiya Prezidenti Vladimir Putin və İran dövlət başçısı İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən görüşdə Putin İranın ŞƏT-ə qoşulmasından məmnunluq ifadə edib.
“Üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb. İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir”, - Putin vurğulayıb.
Rusiya lideri bir çox beynəlxalq məsələlərdə Moskva ilə Tehranın mövqelərinin üst-üstə düşdüyünü də xatırladıb.