İşğalçı İsrailin ekstremist maliyyə naziri Suriyada baş verənləri Qəzzanı işğal etmək üçün yaxşı fürsət adlandırıb.
Smotriç jurnalistlərə deyib: “Qəzzanın işğalının, Qəzzada mülki əhaliyə nəzarətin ələ alınmasının, mülki əhali ilə HƏMAS-ın rabitəsinin kəsilməsinin və beləliklə, HƏMAS-ı hələ də canlı saxlayan öz oksigen mənbəyindən ayırmağın zamanı çatıb”.
Smotriç öz ritorikasının davamında İrana qarşı əsassız iddialar irəli sürərək, işğalçı İsrailin fürsətdən istifadə edib İrana hücum etməsinin zəruri olduğunu bildirib.