6 saylı koloniyada saxlanılan Emin Saqiyev avqustun 18-də aclıq aksiyasına başlayıb.
Bu barədə Turan-a onun yaxınları bildiriblər.
E.Saqiyev 2017-ci ilin noyabrında həbs edilib, 2018-ci ildə isə külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə həbs edilib.
Ali Məhkəmə onun hökmdən kassasiya şikayətini təmin etmədikdən sonra E.Saqiyev aclığa başlayıb.
Lakin yerli hüquq müdafiəçiləri əmindirlər ki, onu siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Sonuncu bir neçə ildir ki, Avropada yaşayır. O, Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” İnternet resursun əməkdaşı olub.