İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə mane olan siyasi maneələrin aradan qaldırıldığını açıqlayıb
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Əli Şəmxani "Twitter" hesabından yaydığıi açıqlamada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə etdiyi telefon danışığı haqqında məlumat verib.
Şəmxani görüş zamanı Əfqanıstan, Suriya və Fars körfəzində baş verənləri müzakirə etdiklərini söyləyib.
"Xoşbəxtik ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə mane olan siyasi maneələr aradan qaldırıldı. Texniki rəsmiləşdirmələrdən sonra İranın üzvlüyü yekunlaşacaq. Yaxşı xəbərdir." ifadələrindən istifadə edib.
Qeyd edək ki, ilk olaraq 1996 -cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən "Şanxay Beşliyi" adı ilə başlayan birlik 2001 -ci ildən Özbəkistanın da üzv olmasından sonra Şanxay Əməkdaşlıq Təşkilatı adlanıb.
Ötən dövrdə dünya iqtisadiyyatına təsirini sürətlə artıran ŞƏT 9 iyun 2017-ci ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən zirvədə Pakistan və Hindistanın tam üzvlüyünün təsdiqlənməsi ilə gücünü artırdı.