İranın Sistan və Bəlucistan əyalətində iki günlük matəm elan olunub.
Az.rasthaber.com "Shafaqna"ya istinadən xəbər verir ki, bu barədə İslami Təbliğat Koordinasiya Şurasının rəhbəri Abbas Səfdari bildirib.
O Ayətullah Süleymaninin bu əyalətdə sui-qəsd nəticəsində öldürülməsilə bağlı 2 günlük ictimai matəm elan edildiyini ictimaiyyətə çatdırıb.
Xatırladaq ki, İranın Mazandaran ostanının Babülsər şəhərində Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymani bankda avtomat silahdan atəş açılması nəticəsində həyatını itirib.