Sisi: “Əsəddən sonra növbə məndədir”

Sisi: “Əsəddən sonra növbə məndədir”

Misir kəşfiyyatına bağlı bir televiziya kanalının təbliğat videosunda prezident Əbdülfəttah əs-Sisinin Suriya prezidenti Bəşər Əsədin devrilməsinin Misir üçün potensial təhlükə olduğuna dair xəbərdarlığı yer alıb.

Az.rasthaber.com xəbər verir ki, Sisinin çıxışlarından hissələrdən ibarət videoçarx Suriya müxalifəti dekabrın 8-də Dəməşqi ələ keçirərək Əsəd ailəsinin 50 illik hakimiyyətinə son qoyduqdan sonra çəkilib.

Sisi, "Suriya məhv edildi" dedi və adı açıqlanmayan bəzi qüvvələrin Misirdə də eyni şeyi etməyə çalışdıqlarını söylədi.

“Onların Suriyadakı missiyası başa çatıb... Məqsədləri Misir dövlətini məhv etməkdir”, o xəbərdarlıq edib.

O, Misiri qoruyacağına söz verib və “Biz millətimizi və xalqımızı hər cür təhdidlərə qarşı müdafiə etməkdən çəkinməyəcəyik” deyib.

Misirin qlobal sabitlikdəki roluna da diqqət çəkən Sisi, "Misir yıxılarsa, xaos bütün dünyaya yayılacaq" dedi.

Xəbəri paylaş

VİDEOLAR