"Əsirlərinin azad edilməsindən sonra İsrail Qəzzaya qarşı müharibəni davam etdirəcək!"

İsmayıl Həniyə işğalçı İsrail rejiminin hiyləgərliklərinə işarə edərək bildirib ki, HƏMAS sionist əsirləri azad etsə belə, işğalçı İsrail məqsədinə çatandan sonra Qəzzanı bombalamağı davam etdirəcək.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyə şənbə günü axşam vurğulayıb ki, oktyabrın 7-si (Əl-Əqsa Tufanı əməliyyatının başlaması) Fələstin məsələsinin tarixində dönüş nöqtəsidir. Çünki müstəmləkə ölkələr Fələstin problemini unutdurmaq istəsələr belə, oktyabrın 7-si onu yenidən bu övzunu dünya hadisələrinin zirvəsinə çıxardı.

İsrailin törətdiyi cinayətlərə görə cəzalandırılacağını vurğulayan Həniyə deyib: “Əl-Əqsa Tufanı başlayandan bəri həm döyüş meydanında, həm də siyasi arenada çalışırıq. Danışıqlar başlayandan bəri razılığa gəlmək üçün üç prinsip müəyyən etdik ki, bunlar arasında müharibənin dayandırılması, Qəzzə xalqının müqavimətinin siyasi nailiyyətə çevrilməsi və Qəzzanı hədəf alma üçün istifadə edilə biləcək planlara yolların bağlanması.

O, bəyan edib ki, istənilən razılaşma hərbi əməliyyatların dayandırılmasını və İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılmasını ehtiva etməlidir. Bu danışıqlarda HƏMAS çoxlu güzəştlər göstərdi, lakin düşmən hələ ki, atəşkəs məsələsində aydın təminat verməyə razı deyil.

Qeyd edək ki, İsmayıl Həniyə işğalçı İsrail rejiminin hiyləgərliklərinə işarə edərək bildirib ki, HƏMAS sionist əsirləri azad etsə belə, işğalçı İsrail məqsədinə çatandan sonra Qəzzanı bombalamağı davam etdirəcək.

Xəbəri paylaş

VİDEOLAR