Əsir mübadiləsinin ikinci mərhələsində 39 fələstinli azad edilib

Əsir mübadiləsinin ikinci mərhələsində 39 fələstinli azad edilib

Həmas və sionist rejim arasında əsir mübadiləsinin ikinci mərhələsində Qəzzada 13 israilli və 7 əcnəbi məhbusun azadlığa buraxılması müqabilində 39 fələstinli Təl-Əviv rejiminin həbsxanalarından azad edilib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı münaqişədə humanitar fasilə zamanı əsir mübadiləsi davam edir.

Gecikmə ilə də olsa, ikinci qrup məhbusların dəyişdirilməsi prosesi başlayıb.

HƏMAS verdiyi açıqlamada 13 israilli və 7 əcnəbini Qırmızı Xaç rəsmilərinə təhvil verdiyini açıqlayıb.

İsrailli əsirlərin müqabilində İsrail həbsxanalarında saxlanılan 39 fələstinli qadın və uşaq azad edilib.

Cümə günü ilk mübadilə edildikdən sonra ikinci mübadilə şənbə günü axşam ediləcəyi gözlənilirdi.

HƏMAS İsrailli məhbusların azad edilməsinin İsrailin razılaşmaya əməl etmədiyi səbəbi ilə təxirə salındığını açıqlayıb.

Misir və Qətərin də iştirakı ilə məhbus mübadiləsi prosesi yenidən başladı.

İsrail və HƏMAS arasında bağlanan razılaşma ötən cümə səhəri qüvvəyə minib və çərşənbə axşamına qədər davam edəcəyi açıqlanıb.

Bu prosesdə HƏMAS-ın saxladığı 50 israilli məhbusun müqabilində İsrail həbsxanalarında saxlanılan 150 fələstinlinin azad edilməsi planlaşdırılır.

Xəbəri paylaş

VİDEOLAR