Sionistlərin Netanyahunun açıqlamalarına reaksiyası: Hansı qələbə!?

Sionistlərin Netanyahunun açıqlamalarına reaksiyası: Hansı qələbə!?

Sionist rejimin baş naziri Benyamin Netanyahu bu axşam verdiyi açıqlamada müharibədə böyük nailiyyətlər əldə etdiyini, Hizbullaha ağır zərbələr vurduğunu, HƏMAS-ın tamamilə məhv edilməsi və Yaxın Şərqin simasını dəyişdirmək üçün səylərini davam etdirdiyini bildirib.Amma bu bəyanatlar İsrail rəsmiləri arasında reaksiyalara səbəb olub.

Az.rasthaber.com xəbər verir ki, bununla bağlı İsrailin keçmiş baş naziri Liberman yazıb: Netanyahu yekun və mütləq qələbədən danışdı, lakin o, hansı tərəfin qalib gəldiyini açıqlamadı; 

Atəşkəs = Hizbullaha təslim olmaq.

Sionist rejimin İşçi Partiyasının lideri, Knesset üzvü Mirav Mixaili də vurğulayıb ki, Netanyahunun sözləri çoxdur, amma sonda 101 israilli əsir hələ də Qəzzadadır və yaxşı razılaşma əsirlərin geri qaytarılması ilə nəticələnən razılaşmadır.

Həmçinin, Miretz partiyasının keçmiş lideri Zahava Qaleon bəyan edib ki, Netanyahu deyir ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik, lakin o, Qəzza tunellərində 101 israilli əsiri tək qoyduğu halda bu, həqiqətən necə mümkün ola bilər?!

Həmçinin sionist rejim müxalifətinin lideri Yair Lapid bildirib ki, sionist rejim tarixində ən böyük faciə Netanyahunun baş nazirliyi dövründə baş verib və Hizbullahla razılaşma bu rüsvayçılığı heç vaxt silməyəcək. 

Sionist rejimin keçmiş baş naziri Naftali Bennett Hizbullah ilə atəşkəs razılaşmasını sərt tənqid edərək, bu razılaşmanın Hizbullahın İsrailə hücumunun qarşısını ala bilməyəcəyini bildirərək, bunu “tam diplomatik-təhlükəsizlik məğlubiyyəti” kimi qiymətləndirib. 

O bildirib ki, Hizbullah hələ də on minlərlə raket anbarına malikdir və silah istehsal edib silahlarını yeniləyə bilər.

Sionist rejimin daxili təhlükəsizlik naziri Ben Qvir də atəşkəs rejimini “tarixi səhv” adlandırıb və deyib: İsrailin şimalındakı sakinlərin sağ-salamat öz evlərinə qayıtması ifadəsi reallaşmayacaq.

İsrailin Kanal 12 telekanalı Livanla razılaşma ilə bağlı sorğunun nəticələrinə istinad edərək elan edib: İsraillilərin 69 faizi "İsrail"in Hizbullahla müharibədə qalib gəldiyinə inanmır.

Xəbəri paylaş

VİDEOLAR