Bu səhər İordan çayının qərb sahilindəki Nablusda İsrail işğalçı qüvvələrinin onlara hücumu nəticəsində onlarla fələstinli yaralanıb.
Az.Rasthaber.com Fələstinin WAFA xəbər agentliyinə istinadən xəbər verir ki, Nablus şəhərinin şərqində yerləşən Əsgər qaçqın düşərgəsinə daxil olan işğalçı qüvvələr atəş açıb və zəhərli qaz buraxıb, nəticədə iki gənc yaralanıb, onlarla insan boğulub. Dörd fələstinli də həbs edilib.
Daha bir fələstinli isə Beytlehemin şərqindəki Əbu Ancim bölgəsində İsrail hərbçiləri tərəfindən əsir götürülüb.
Dünən işğalçıların İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 fələstinli yaralanıb, daha 6 nəfər saxlanılıb.