Sionistlərdən Daun sindromlu fələstinliyə iyrənc hücum - VİDEO

Sionistlərdən Daun sindromlu fələstinliyə iyrənc hücum - VİDEO

Ötən gün Qüdsdə Şeyx Cərrah məhəlləsinin əhalisinə dəstək aksiyasında iştirak edən Daun sindromlu fələstinliyə qarşı İsrail rejimi qüvvələri tərəfindən güc tətbiq edərək tutmağa çalışıb.

Az.rasthaber.com xəbər verir ki, yayılan görüntülərdə Məhəmməd əl-Əcluni adlı 25 yaşlı fələstinli gəncin qorxu və dəhşət içərisində olduğu görünür.

Ətrafdakı insanlar fiziki qüsurlu əl-Əclunini sionist rejimin qüvvələrinin əlindən qurtarmağa çalışsalar da, 5-dək sionistin iyrənc və vəhşicəsinə hücumlarını və güc tətbiqini davam etdiriblər.

Lakin ətrafdakı fələstinlilər Daun sindromlu gənci işğalçı qüvvələrin əlindən almağa müvəffəq olub.

Əl-Əcluni çox qorxması, boyun və çiynindəki yaralara görə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Aşağıda izləyəciyiniz videoda dünən baş vermiş insidentlə yanaşı, daha öncələr də İsrail rejimi tərəfindən qətlə yetirilmiş fələstinli Daun və Autizm sindronlu gəncləri də görə bilərsiniz.

Xəbəri paylaş

VİDEOLAR