Sionistlər yüksək beton divarından arxasında gizlənsə, yaxşı olar

Sionistlər yüksək beton divarından arxasında gizlənsə, yaxşı olar

Bunu İranın briqada generalı Qulam-Hüseyn Qeybpərvər bildirib

Rasthaber Azərbaycan  istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) baş komandanının müavini briqada generalı Qulam-Hüseyn Qeybpərvər bildirib ki, “İsrail adlı saxta və zalım rejimin məhvi bizim qayəmiz” olaraq qalmağa davam edir.

“(İsrail rejimi) bəşəriyyətə qarşı ən pis cinayətləri törədib. Sionistlər yüksək beton divarından arxasında gizlənsə, yaxşı olar. Onlar o divarla özlərini çəpərləyiblər ki, İslamın oğulları onlara çata bilməsin. Allahın lütfü ilə, onlar sizi pis nəfəsinizi kəsəcək”, -deyə o qeyd edib.

O, İsrailin “son saatlarını” yaşadığını əlavə edib.

İsrail rejiminin kiber məkandakı psixoloji mübaribəsinə reaksiya verən iranlı general deyib: “Haradadır Nildən Fəratadək əraziləri istila etmək istəyən bu rejim?”

“Siz artıq 40 ildən çoxdur ki, hər bir meydanda uğursuzluğa düçar olursunuz. Əgər nəsə edə bilsəydiniz, bunu keçən illərdə edərdiniz. Biz böyük Allaha inanırıq, (siz isə bu inancdan) məhrumsunuz”, – deyə o bildirib.

 

 
 

 

Xəbəri paylaş

VİDEOLAR