Sionistlər Yəmənin gücünü etiraf etdi

Sionistlər Yəmənin gücünü etiraf etdi

Sionist analitik bu barədə şərh verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, sionist analitik Yəmənin Səudiyyə Ərəbistanına qarşı son uğurlu əməliyyatına reaksiyada deyib: Ər-Riyad və Əbu-Dabi başa düşüblər ki, ki, Səna onların zəif tərəflərini müəyyən edib və şübhəsiz onları hədəfə alacaq.

Cümə günü Yəmən silahlı qüvvələri genişmiqyaslı əməliyyatda Səudiyyə Ərəbistanı ərazisində Aramco obyektini və bir neçə digər mühüm mərkəzləri hədəfə aldılar. 

Məlumatlı mənbələr Yəmən ordusu və xalq komitələrinin əməliyyatları səbəbindən Səudiyyənin elektrik stansiyasının sıradan çıxdığını və fəaliyyətini dayandırdığını bildiriblər.

Sionist rejimin 12-ci telekanalının ərəb məsələləri üzrə eksperti Yaron Şnayder Yəmən qüvvələrinin əməliyyatına işarə edərək, deyib: "Yəmənin Milli Qurtuluş Hökuməti Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Yəmənə qarşı müharibə elan etməsindən 7 il sonra Səudiyyə Ərəbistanına hücumlarını artırıb".

Sionist ekspert vurğulayıb ki, Milli Qurtuluş Hökumətinin rəhbərləri öz təhdidlərinin qüdrətini və miqyasını artırıblar və bu gün İsrail də həmin təhdidlərin əhatə dairəsindədir.

"Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın bu məsələdə onlara kömək etmək üçün cavabından məyus olublar və başqa kömək axtarırlar", - deyə Şnayder əlavə edib.  

Xəbəri paylaş

VİDEOLAR