Sionistlər Yəhya əs-Sənvarın dərhal terror edilməsini istəyib
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Qəzza zolağında HƏMAS hərəkatının liderinin son qalmaqallı çıxışından sonra sionistlər Tel-Əviv hökumətində, İsrailin təhlükəsizliyində ciddi problemlər olduğunu etiraf edərək, HƏMAS liderinin tez bir zamanda terror edilməsini istəyiblər.
HƏMAS lideri Yəhya əs-Sənvarın aprelin 30-da Qəzza zolağında sionistlərin canına qorxu salan çıxışından sonra bir sıra İsrail siyasətçisi və media mənsubu Yəhya əs-Sənvarı İsrail rejiminin gələcəyi üçün real təhlükə kimi qiymətləndiriblər.
“Rai əl-Youm”un məlumatına görə, sionist rejimin kəşfiyyat aparatına yaxın olan saytlardan biri Əs-Sənvarın sionist rejimin gələcəyi üçün real təhlükə olduğunu bildirərək, onun tezliklə öldürülməsinin vacibliyini vurğulayıb və yazıb: “Bu adamın İsrail həbsxanasından azad edilməsi Fələstində və regionda ciddi dəyişikliklərə səbəb olub. Bu dəyişiklər heç də İsrailin xeyrinə deyil!