Sionist əsirlər yalnız fələstinli əsirlər qarşılığında azadlığa buraxılacaqlar

Sionist əsirlər yalnız fələstinli əsirlər qarşılığında azadlığa buraxılacaqlar

Bunu Fələstin İslami Müqavimət Hərəkatı Həmas bildirib

Fələstin İslami Müqavimət Hərəkatı Həmas müqavimətin, sionist rejimin Qəzzanın mühasirəsinə cavab verməyə hazır olduğunu vurğulayaraq deyib: "Qəzzanın mühasirəsinin aradan qaldırılmasının əsirlərlə əlaqəsi yoxdur, sionist əsirlər yalnız fələstinli əsirlər qarşılığında azadlığa buraxılacaqlar".

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı Həmas sionist rejim və müttəfiqlərinə Qəzzanın mühasirəsinə son qoymaqda gecikmələr və ləngitmələr, mühasirəni aradan qaldırmaq üçün öhdəliklərinə sadiq qalmamaları və Qəzzənin yenidənqurma prosesində təxribatla bağlı xəbərdarlıq edib.

Həmas bir bəyanatda deyib: "İşğal altındakı Qüdsdə və onun məhəllələrində, xüsusilə də Şeyx Cərrah məhəlləsindəki möhkəm soydaşlarımıza salam göndəririk, hansı ki, torpaqlarımızın müdafiəsi uğrunda hər gün sionistlərlə mübarizə aparırlar və böyük canfəşanlıq göstərirlər. Həmçinin Əl-Əqsa məscidi müdafiəçilərinə salam göndəririk və nəyin bahasına olursa-olsun Qüdsün müdafiəçisi olaraq, qalacağımızı vurğulayırıq".

Bəyanatda deyilir: "İşğal altındakı Qərb sahilindəki inqilabçı gənclərə və xüsusilə gecə qəzəbi qəhrəmanlarına salam göndəririk, hansı ki, qəsəbə sakinlərinə və qəsəbəsalmaya qarşı yeni reallıqlar qəbul etdirdilər və onları, Qərb sahilindəki bütün sionistləri ehtiva etsin deyə, düşmənlə qarşıdurma nöqtələrini artırmağa çağırırıq".

"Böyük millətimiz və qəhrəman müqavimətimiz heç vaxt susmayacaq. Bütün variantlara hazırıq və hər bir vasitə ilə müqavimət göstərəcəyik və düşmənin bacalma siyasəti uğur qazanmayacaq", deyə Həmas vurğulayıb.

Həmas Hərəkatı sonda deyib: "Millətimizə edilən təzyiqi qəbul etmirik və işlərinin bir-birlərinə qarışmasına icazə vermirik. sionist əsirlər yalnız fələstinli əsirlər qarşılığında azad ediləcəklər. Millətimiz düşmənə problem yaratmağa və daha çox parametrlər qəbul etdirməyə hazırdır".

Xəbəri paylaş

VİDEOLAR