Təl-Əvivin cənubundakı Veyzmann Elm İnstitutunun (təhlükəsizlik beyni və İsrail ordusunun dəstəkçisi) rəhbəri "Alon Hain" verdiyi açıqlamada İran raketlərinin İsrail tədqiqat mərkəzinin döyünən ürəyinə dəqiq bir zərbə vurduğunu etiraf edib.
Az.rasthaber.com xəbər verir ki, Veyzman Elm İnstitutunun rəhbəri İsrail rejiminin “Kanal 13” televiziyasına müsahibəsində İsrail rejiminin İran İslam Respublikasına qarşı həyasız təcavüzünə cavab olaraq İran raketləri ilə hədəfə alınan instituta dəymiş ziyan və dağıntıların miqyası barədə deyib: “Dağıntı çox böyükdür və ilkin qiymətləndirmələrimizə görə, 300-500 milyon dollar arasında itki var”.
O, əlavə edib ki, institut iki yaşayış və daha böyük olan elmi bölmədən ibarət olub, İranın hücumları elmi bölməyə, yəni institutun ürəyinə dəyib və onlar çox dəqiq olub.
Sionist rəsmi, Hərbi Senzura İdarəsinin nə üçün uzun müddətdir dağıntıların miqyasının nümayişinə icazə verməməsi sualına da cavab olaraq deyib: Bildiyimizə görə, Hərbi Senzura İdarəsi düşmənin bu yerləri yenidən bombalamaq üçün məlumat tapa bilməməsini istədikləri üçün çəkilişlərə icazə vermir.