Sionist rejimin üç əsgəri Əl-Qəssam döyüşçülərinin tələsində ölüb

Sionist rejimin üç əsgəri Əl-Qəssam döyüşçülərinin tələsində ölüb

Media mənbələri Şəhid İzzəddin Əl-Qəssam Batalyonlarının Qəzzə zolağında bugünkü (şənbə) əməliyyatlarında sionist rejimin bir neçə əsgərinin ölməsi və onların zirehli texnikasının məhv edilməsi barədə məlumat yayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim mediaları bununla bağlı etiraf edib: “Dünən axşam və bu gün səhər saatlarında Qəzzə zolağında 2 təhlükəsizlik hadisəsi baş verib, nəticədə bir neçə əsgər ölüb və yaralanıb.”

 

Sionist KİV-lər bu gün Qəzzədə bu rejim ordusunun ölənlərinin sayının 3 nəfərə çatdığını bildirib.

 

HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam batalyonları da bəyanat yayaraq bildirib: “Qəzzə zolağının şimalında Cəbaliya düşərgəsində əvvəlcədən bombalanmış binanın partlaması nəticəsində bir neçə israilli əsgəri öldü və yaralandı.”

 

Əl-Qəssam əlavə edib ki, Cəbaliya düşərgəsinin qərbində birləşmiş pusqu həyata keçirərək sionist rejim ordusuna məxsus “D9” tipli hərbi buldozeri “Əl-Yasin 105” anti-zireh raketlərlə məhv edib.

Xəbəri paylaş

VİDEOLAR