Sionist rejim İsrailin keçmiş baş naziri və əsas müxalifət lideri Yair Lapid bəyan edib ki, Təl-Əviv özünün “səhlənkar” adlandırdığı rejimdə bir administrasiyanın olması səbəbindən xarici əlaqələrinin çökməsinin şahidi olub.
Az.rasthaber.com xəbər verir ki, Lapid X sosial media platformasında Kanada hökumətinin İsrailə silah satışını dayandırmaq qərarı ilə bağlı paylaşım edib.
Kanadanın İsrailə silah tədarükünü dayandırma qərarının "yanlış, zərərli və təhlükəli" olduğunu müdafiə edən Lapid, ölkəsinin ekstremist və sərt terror təşkilatına (!) qarşı müharibə apardığını və kanadalıların əslində nə olduğunu anlamadıqlarını iddia edib.
Lapid daha sonra belə qeyd edib:
“Bu, zəif idarə olunan, səhlənkar hökumət ucbatından İsrailin xarici əlaqələrinin iflasa uğramasının şahidi olduğumuz faktını dəyişmir”.