Sionist rejim qüvvələri dünən Məscidül-Əqsanın İmamı və xətibi Şeyx İkrimə Səbriyə xaricə səyahəti qadağan edən qərar qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, Şeyx Səbrinin ailə üzvlərindən birinin mətbuata verdiyi açıqlamalara görə, sionist rejim qüvvələri Şeyxin Şərqi Qüdsdəki evinə basqın edərək, bir aylıq səfər qadağası qoyublar ki, sonradan bu müddət uzadıla bilər.
Bildirilib ki, sionist rejimin daxili işlər naziri Moşe Ərbelin imzaladığı qərarda 85 yaşlı Şeyx Səbrinin xarici səfəri zamanı sionist İsrailə qarşı təbliğat apardığına dair şübhələrin olduğu bildirilib.
Ailənin verdiyi açıqlamalarda, qərarın Şeyx Səbrinin İordaniya, Əlcəzair, Türkiyə və Malayziyanın daxil olduğu turundan sonra verildiyi bildirilib.
Şeyx Səbrinin səfəri zamanı baş nazirlər, rəsmilər, o cümlədən din və ədliyyə xadimləri ilə görüşdüyü vurğulanaraq, sionist rejimin ittihamları təkzib edilib.
Qeyd edək ki, Şeyx Səbri dəfələrlə sionist rejim səlahiyyətlilərinin Məscidül-Əqsada ibadət edənlərə məhdudiyyətləri, deportasiya əmrləri, həbslər və səyahət qadağalarını tənqid edib.