Sionist rejim Suriyaya hücum edib

Sionist rejim Suriyaya hücum edib

Sionist İsrail tərəfindən Suriyanın paytaxtı Dəməşqin bəzi nöqtələrinə hava hücumu təşkil edildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, qatil İsrailin Suriyanın Banyas rayonuna hava hücumu təşkil etdiyi bildirilib. Bildirilib ki, hücum nəticəsində 1 uşaq ölüb, 10 mülki şəxs yaralanıb.

Suriya xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə, yerli vaxtla saat 19.30-da işğalçı İsrail qüvvələrinin hava hücumu ilə Banyasda bir ərazi və bir binanın hədəf alındığı açıqlanıb.

Xəbərdə, "Hücum nəticəsində 1 uşaq ölüb, 10 mülki vətəndaş yaralanıb. Dağıntı var".

"Saat 19.30 radələrində İsrailin sionist düşməni Livan ərazisi istiqamətindən hava hücumu təşkil edərək, Baniyasda mərkəzi ərazini və yaşayış binasını hədəfə alıb. Hücum zamanı bir qız ölüb, 10 mülki şəxs yaralanıb", - mənbə bildirib.

Suriya mediası daha əvvəl hava hücumundan müdafiə sistemlərinin Homs üzərində “düşmən hədəflərini” vurduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR