Sionist rejim Suriyada təhlükəsizlik mərkəzinə hücum edib

Sionist rejim Suriyada təhlükəsizlik mərkəzinə hücum edib

Suriya İnsan Haqları Müşahidə Qrupu sionist rejimin ölkənin cənubundakı Colani rejiminə bağlı daxili təhlükəsizlik qüvvələrinin qərargahına pilotsuz təyyarə ilə hücum etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupu sionist rejimə məxsus pilotsuz təyyarənin Quneytira yaxınlığındakı Əl-Salam şəhərində Suriya daxili təhlükəsizlik qüvvələrinin qərargahını hədəfə aldığını açıqlayıb.

Bu hücumla eyni vaxtda İsrailin çoxsaylı casus pilotsuz təyyarələri Quneytira vilayətinin hava məkanı üzərində uçuşlar həyata keçirib.

Sionist qüvvələrin də qurudan Quneytirənin cənub ətrafını işğal etdiyi və Əl-Rafid-Əl-Əşa yolunda nəzarət-buraxılış məntəqəsi qurduğu bildirilir.

Xəbəri paylaş

VİDEOLAR