Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian İsrailin Qəzzada jurnalistlərə hücumunu pisləyib.
Az.rasthaber.com xəbər verir ki, ötən gecə İsrail ordusunun Qəzza şəhərində Şifa xəstəxanası yaxınlığında jurnalistlərin məskunlaşdığı çadıra hücumu nəticəsində 6 jurnalist, o cümlədən Əl-Cəzirə müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Quraika həlak olub.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian hücumu kəskin şəkildə pisləyib və İsraili Qəzzada hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırıb.
BMT-nin məlumatına görə, 7 oktyabr 2023-cü ildən Qəzzada ən azı 242 fələstinli jurnalist həyatını itirib.