Sionist rejim Qəzzada 1091 fələstinli körpəni qətlə yetirib

Sionist rejim Qəzzada 1091 fələstinli körpəni qətlə yetirib

Fələstin hökumətinin Qəzzadakı informasiya idarəsinin direktoru sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzzada 1091 fələstinli körpəni şəhid etdiyini elan edib.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin “Məən” xəbər agentliyi Qəzzada hökumətin informasiya idarəsinin direktoru İsmayıl əs-Səvabatəyə istinadən yazıb: Sionist rejim 2023-cü il oktyabrın 7-dən Qəzzada 1091 fələstinli körpəni şəhid edib. Bu saydan 238 körpə İsrail rejiminin Qəzza sakinlərinə qarşı apardığı soyqırım müharibəsi zamanı doğulub və şəhid olub. 

Əs-Səvabatə sionist rejimin Qəzzədə körpələrin hədəfə alınmasını açıq-aşkar müharibə cinayəti hesab edib və beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı təcili araşdırmaya başlamağı və bu hücumlara görə məsuliyyət daşıyanların mühakimə olunmasını istəyib.

Xəbəri paylaş

VİDEOLAR