Sionist rejim polisi: Vəziyyət çox pisdir

Sionist rejim polisi: Vəziyyət çox pisdir

İsrail polisinin sözçüsü bildirib ki, ötən gecə İranın raket hücumlarından sonra işğal olunmuş ərazilərdə vəziyyət çox pisdir.

Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, İsrailin Kanal 14 televiziyası polis sözçüsünə istinadən aşağıdakı bəyanatları yayıb:

“İran raketlərinin İsrailin mərkəzindəki əraziləri hədəf almasından sonra vəziyyət çox pisdir”.

Mətbuat katibi dağıntıların geniş olduğunu və bəzi insanların hələ də dağıntılar altında qaldığını bildirib.

Məlumata görə, hücumlarda azı 10 israilli ölüb, 120 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR