Sionist rejim Knessetinin üzvü: İsrail Qəzzada soyqırım törədir

Sionist rejim Knessetinin üzvü: İsrail Qəzzada soyqırım törədir

Sionist İsrail Məclisinin Knesset üzvü Eymen Avde işğalçı İsrail ordusunun Qəzza zolağında fələstinli qadın və uşaqlara qarşı törətdiyi qətlləri tənqid edərək, İsrail ordusunun Qəzzada soyqırım törətdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim Knessetinin ərəb əsilli nümayəndəsi Eymen Avde sionist rejim parlamentinin dünənki iclasında sionist ordunun Qəzzada törətdiyi cinayətlərə işarə edərək deyib: İsrail ordusu Qəzzada soyqırım törədir və fələstinli uşaqları aclıqdan öldürür. 

Avdenin açıqlamalarından sonra Knesset iclasına sədrlik edən Henoch Milaviski Avdenin çıxışının dayandırılmasını tələb edib və daha sonra parlamentin təhlükəsizlik qüvvələrinə onun iclasdan çıxarılması barədə göstəriş verib.

Eymen Avde Knessetdən çıxarıldıqdan sonra Knessetin digər ərəb əsilli qadın nümayəndəsi Ayda Tuma Süleyman Avdeyə dəstək aksiyası təşkil edib və o da sessiya sədrinin əmri ilə Knessetdən xaric edilib.

Xəbəri paylaş

VİDEOLAR