Sionist rejim israilli məhbusları öldürdüyünü etiraf edib

Sionist rejim israilli məhbusları öldürdüyünü etiraf edib

Sionist İsrail ordusu təxminən iki həftə əvvəl Qəzza zolağının şərqindəki Şucaiyye rayonunda əsir saxlanılan 3 İsrail əsgərinin öldürülməsinə görə məsuliyyət daşıdığını etiraf edib və bu vəziyyəti “çox ciddi bir təhlükəli hadisə” adlandırıb".

Az.rasthaber.com xəbər verir ki, İsrail Baş Qərargah rəisi Herzi Halevi mətbuat konfransında deyib:

“Ordu komandanlığı uğursuz xilasetmə cəhdi zamanı əsir düşən (Həmas tərəfindən 7 oktyabr hücumundan sonra) əsgərlərimizin öldürülməsinə görə məsuliyyət hiss edir”.

İsrail ordusunun qaçırılan insanları xilas etmək vəzifəsini yerinə yetirə bilmədiyini bildirən Halevi Qəzzada 3 əsgərin dost atəşi ilə öldürülməsini "çox ağır nəticələri olan ciddi bir hadisə" kimi qiymətləndirib.

İsrail Ordusunun sözçüsü Daniel Hagari də üç əsgərin öldürülməsinə görə məsuliyyəti ordunun üzərinə götürdüyünü bildirib.

Xəbəri paylaş

VİDEOLAR