İşğal rejiminin Hökumət Fəaliyyətləri Koordinatoru, dünən, önümüzdəki cümə günü cümə namazı zamanı yaşı 50-dən aşağı olan kişilərin Məscidül-Əqsaya buraxılmamasına qərar verildiyini açıqlayıb.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, koordinator bildirib ki, Əqsa Məscidinə giriş qadağası 12 yaşından kiçik qadın və uşaqları əhatə etməyəcək.
Xəbərə görə, işğal rejiminin Baş Qərargah rəisi Aviv Koçavi və Əməliyyat Komissiyasının sədri Oded Basiuk da daxil olmaqla təhlükəsizlik rəsmiləri hərbi nazir Benni Qantsın başçılığı ilə toplantı keçirib və yaşı 40-dan yuxarı olan kişilərin də xüsusi icazəsi olduğu halda Məscid-i Əqsaya daxil olmasına qərar verilib.
Mübarək Ramazan ayının başlaması ilə, işğalçı sionistlər həm Əl-Əqsa məscidində, həm də Qüdsün Babu'l-Əmud (Dəməşq qapısı) bölgəsində əsgər və polislərin sayını nəzərəçarpacaq dərəcədə artırıb.
İşğalçı qüvvələrin Bab əl-Amud bölgəsində təxribat xarakterli fəaliyyətləri və hücumları səbəbindən demək olar ki, Ramazan ayının hər gecəsində gərginlik və ara-sıra qarşıdurmalar yaşanırdı.