Qatil İsrail rejimi Qəzza sektorunda bir yaşdan kiçik 663 körpəni, 8 aydan kiçik isə 115 körpəni qətlə yetirib.
2023-cü ilin 7 oktyabr tarixindən bəri Qəzza zolağında 115 körpə ölüb.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bu haqda məlumat yayıb.
Məlumatda bildirilir ki, qaniçən sionist rejimi tərəfindən bir ildən az müddət ərzində həyata keçirilən hücumlar nəticəsində 8 aydan kiçik olan 115 körpə amansızca qətlə yetirilib. Onların arasında ölüm zamanı yaşı bir aydan az olan 48 nəfər (42 %) var.
Hesabatda bildirilir ki, Səhiyyə Nazirliyi bundan əvvəl məlumat vermişdi ki, bu il avqustun 1-nə şəxsiyyəti təsdiq edilən və sənədləşdirilən 32,3 min ölən arasında 10,6 min uşaqdır ki, onlardan da 663 nəfəri bir yaşadək olub.