Sionist qüvvələrlə toqquşmada 45 fələstinli yaralanıb

Sionist qüvvələrlə toqquşmada 45 fələstinli yaralanıb

İşğal altında olan İordan çayının Qərb sahilində Nablus rayonunda İsrail qüvvələri ilə toqquşmada onlarla fələstinli yaralanıb və xəsarət alıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti məlumat verib.

Bildirilib ki, bu gün səhər rayonun Burqa qəsəbəsində İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşmada azı 45 fələstinli yaralanıb və xəsarət alıb.

İsrail qüvvələri burada gözyaşardıcı qazladan əlavə rezin və metal güllələrdən də istifadə ediblər.

Həmçinin əl-Əqsa məscidinin yanında yerləşən Qiblə məscidinə toplaşan fələstinlilərlə İsrail qüvvələri arasında toqquşma baş verib. Burada da bir neçə nəfərin xəsarət aldığı deyilir.

Qeyd edək ki, son həftədə İordan çayının Qərb sahilində xüsusilə də Qüdsdə gərginlik baş qaldırıb. İsrail qüvvələri ötən gecə Qəzzaya da hava zərbələri endiriblər.

Xəbəri paylaş

VİDEOLAR