İşğalçı İsrail qüvvələri İordan çayının qərb sahilində, Ceninin cənubundakı Əl Fandukumiyə kəndində 1 fələstinlini həbs edib.
Az.rasthaber.com "SANA"ya istinadən xəbər verir ki, işğalçı qüvvələr bir gənci Əl-Ağvar bölgəsində nəzarət-buraxılış məntəqələrindən birindən keçərkən həbs edib.
İşğal qüvvələrinin Nablus və Ramallahı birləşdirən əsas yolda bir neçə fələstinlinin avtomobilini saxlayaraq axtarış apardığı və bunun nəticəsində fələstinlilərin hərəkətinə mane olduqları bildirilib.