Əl-Cəzirə televiziya kanalının qadın müxbiri Şirin Əbu Akla işğal altındakı İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsində sionist əsgərlərin açdığı atəş nəticəsində həyatını itirib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İsrail əsgərlərinin İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsinə basqınından sonra işğalçılarla fələstinlilər arasında gərginlik yaşanıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində başından ağır yaralanan müxbir Şirin Əbu Akla həyatını itirib.
Əl-Cəzirə televiziyası Əbu Aklanın güllələndiyi zaman jurnalist jiletində olduğunu bildirib.