Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilində bir fələstinli qızın İsrail rejimi əsgərləri tərəfindən şəhid edildiyini açıqlayıb.
Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib:
"Ötən həftə sionist rejim əsgərlərinin açdığı güllələrdən yaralanan, Cenin yaxınlığındakı Fəkua kəndinin 18 yaşlı sakini Hannan Həzuru xilas etmək mümkün olmayıb və şəhid olub".
Qeyd edək ki, Hazur ötən həftə İsrail rejimi təhlükəsizlik qüvvələrinin Cenin düşərgəsinə təşkil etdiyi hücumda yaralanıb.