Sionist qırıcıları da Livanı bombaladı

Sionist qırıcıları da Livanı bombaladı

İsrail Ordu sözçüsü Avichay Adraee, sosial media hesabında hücumlar ilə əlaqəli açıqlama verib

Rasthaber Azərbaycan trthaber-ə istinadla xəbər verir ki, o qeyd edib ki, “İsrailə məxsus qırıcılar dünən Livandan ölkəsinə raket atılan yerlərə və terror məqsədli istifadə edilən tunellərə aviazərbələr ediriblər”. Sözçü İsrailin bombardmanının davam edəcəyini və İsraili hədəf alan terror hücumlarına biganə qalınmayacağını vurğulayıb.

 

Livan mətbuatı isə İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Ed-Dimaskiyye bölgəsinə iki hava zərbəsi endirdiyini yazıb.

 

Qeyd edək ki, dünən İsrail ordusu Livandan ölkənin şimalına 3 raket atıldığını açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR