Netanyahu kabinetində olan ifrat sağçı nazir Amihai Eliyahu bildirib ki, blokadada olan Qəzza zolağına nüvə bombası atılması ehtimallardan biridir.
Az.rasthaber.com xəbər verir ki, təxminən bir aya yaxındır Qəzza zolağında tarixi qırğınlar törədən İsrail rejimi bu dəfə nüvə bombası variantını düşünür.
Dünyanı ayağa qaldıracaq açıqlama ilə çıxış edən ifrat sağçı nazir Amihai Eliyahu blokadada olan Qəzza zolağına nüvə bombası atmağın imkanlardan biri olduğunu və bölgədə yaşayan fələstinlilərin ya İrlandiyaya, ya da səhraya getməli olduğunu bildirib.
Fələstinə qarşı düşmənçiliyi və ifrat sağçı baxışları ilə seçilən Eliyahu heç bir humanitar yardımın Qəzzaya girməsinə icazə verilməməsi lazım olduğunu müdafiə etdi.