Sionist mühacirlər İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin şərqində yerləşən Beyt Furik qəsəbəsində fələstinlilərin evlərinə və avtomobillərinə hücum ediblər.
Az.rasthaber.com xəbər verir ki, bu gün sionist mühacirlər Nablusun şərqində yerləşən Beyt-Furikdə fələstinlilərin evlərinə hücum ediblər və onların avtomobillərini yandırıblar.
Bu barədə yerli mənbələr məlumat verərək bildiriblər ki, bir qrup sionist mühacir Beyt-Furik qəsəbəsinin “Əl-Dəbat” bölgəsində yaşayış evlərinə hücum edərək üç avtomobili yandırıb.
Mənbələr həmçinin bildiriblər ki, sionist mühacirlər ilə qarşıdurma zamanı bir fələstinli şiddətli döyülərək yaralanıb.