Sionist KİV: Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək

Sionist KİV: Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək

Sionist İsrail mətbuatının verdiyi məlumata görə, ABŞ prezidenti Tramp iyulun 7-də qatil İsrailin baş naziri Netanyahu ilə görüşündə Qəzza zolağında 60 günlük atəşkəs razılaşmasını elan etməyi hədəfləyib. Həmasın bu təklifə müsbət yanaşdığı bildirilib.

Az.rastaber.com xəbər verir ki, sionist İsrailin “Yedioth Ahronoth” qəzetinin verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında iyulun 7-də bazar ertəsi keçirilən görüşdə Qəzzada atəşkəs elan ediləcəyi bildirilib.

İsrail rəsmiləri həmçinin bildiriblər ki, ABŞ prezidenti Tramp “Netanyahu ilə görüşündə Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasının əldə olunduğunu elan etmək məqsədi daşıyır”. Xəbərdə HƏMAS-ın təklifə "hə" deyəcəyi mesajları verdiyi, razılaşma ilə bağlı irəliləyiş əldə edildiyi, lakin fələstinli məhbusların azad edilməsi və digər məsələlərlə bağlı çətin danışıqlar prosesinin olacağı bildirilib.

Soyqırım edən İsrailin HƏMAS-ın cavabından sonra danışıqlara başlamağa hazırlaşdığı, Trampın Qətərə, Qətərin də razılaşma üçün HƏMAS-a təzyiq etdiyi iddia edilib.

ABŞ prezidenti Donald Tramp sionist İsrailin Qəzza zolağında 60 günlük atəşkəs üçün lazım olan şərtləri qəbul etdiyini açıqlamışdı.

ABŞ nümayəndələrinin İsrail rəsmiləri ilə "uzun və məhsuldar" görüş keçirdiyini bildirən Tramp, "İsrail 60 günlük atəşkəsin bağlanması üçün lazım olan şərtləri qəbul etdi. Bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibəni bitirmək üçün çalışacağıq" dedi. Tramp qeyd edib ki, atəşkəs danışıqlarında vasitəçilik edən Qətər və Misir Həmas-a “yekun təklif” təqdim edəcək.

Həmas İsraillə atəşkəs üçün vasitəçilərin təklifini dəyərləndirdiyini, Fələstin mənbələri isə HƏMAS-ın atəşkəs təklifini qəbul etməyə meylli olduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR