Sionist «İsrailin» qurulduğu ildən fələstinli qaçqınların sayı

Sionist «İsrailin» qurulduğu ildən fələstinli qaçqınların sayı

İsrailin qurulduğu 14 may 1948-ci ildə məcburi köçkün edilən və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) qeydlərində 750 min olaraq qeyd edilən fələstinli qaçqınların sayı 75 ildən sonra 6,4 milyona yüksəlib.

UNRWA-ya görə, “Fələstinli qaçqın” 1 iyun 1946-cı il və 15 may 1948-ci il tarixləri arasında təbii yaşayış yeri Fələstin olan və 1948-ci il münaqişəsi nəticəsində evini və dolanışıq imkanını itirmiş şəxs olaraq təyin edilib. Bu tərifə uyğun gələn valideynlərin övladları da daxildir.

Fələstin rəsmi hesabatları UNRWA-da qeydiyyatda olmayanlar da daxil olmaqla, 6,4 milyondan çox qaçqın olduğunu göstərir.

1948-ci ildə İsrail qurulana qədər tarixi Fələstin torpağında 1 milyon 400 min fələstinli yaşayırdı. İsrailin qurulmasına qədər gedən prosesdə silahlı sionist dəstələrin terror hücumları səbəbindən 800 min fələstinli evlərini tərk etməli olub. UNRWA isə o dövrdə köç etmək məcburiyyətində qalan fələstinlilərin sayını 750 min nəfər hesab edir. Sözügedən dövrdə Fələstində məcburi köçə məruz qalan kənd və şəhərlərin sayı 1300-ə yüksəlib. Həmin vaxt İsrail hərbçiləri tərəfindən ələ keçirilən 774 şəhər və kənddən fələstinlilərə məxsus 531-i tamamilə dağıdılıb.

Fələstin Statistika İnstitutunun 2023-cü ilin may ayında dərc etdiyi hesabata görə, 2022-ci ilin sonuna Fələstin əhalisi qaçqınlar da daxil olmaqla 14,3 milyon nəfərə çatıb, yəni 1948-ci ildə baş verən Böyük Fəlakətdən (Nəkbə) sonra Fələstinin əhalisi təxminən 10 dəfə artıb. 14,3 milyon əhalinin təxminən yarısına bərabər olan 7,1 milyon nəfəri işğal olunmuş Fələstin torpaqlarında yaşayır. Sözügedən 7,1 milyon fələstinlidən 3,2 milyonu İordan çayının qərb sahilində, 2,2 milyonu Qəzza zolağında, 1,7 milyonu isə İsraildə yaşayır.

Xəbəri paylaş

VİDEOLAR