Sionist İsrailin İbrani KİV-ləri İranın raket hücumu zamanı işğal olunmuş ərazilərdəki Nevatim Hərbi Hava Bazasının atəşə tutulduğunu bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, İsrail rejimi hücumların törətdiyi dağıntı görüntülərinin yayılmasının qarşısını almaq üçün mediaya ağır senzura tətbiq edib.
Mehr xəbər agentliyinin məlumatına görə, sionist rejim xüsusilə xarici mətbuat mənsublarının fəaliyyətini məhdudlaşdıraraq, foto və videoların paylaşılmasını qadağan edib.
İsrailin bu senzurası İranın həyata keçirdiyi genişmiqyaslı hücumların təsirlərinin cəmiyyətdə əksini tapmaması üçün tətbiq edilib.