Sionist İsraildən Suriyaya təhdid

Sionist İsraildən Suriyaya təhdid

Sionist İsrailin müdafiə naziri Yisrael Katz Suriyadan işğal altındakı Colan təpələrinə atıldığı iddia edilən raket hücumlarına cavab olaraq, ölkəsinin təhlükəsizliyinə yönəlmiş bu təhdidlərə sərt cavab veriləcəyini bəyan edərək, “Hücumlar qəbuledilməzdir və bütün lazımi tədbirlər görüləcək” deyib.

Az.rasthaber.com xəbər verir ki, Nazir Katz X hesabında verdiyi açıqlamada Suriyanın qondarma prezidenti və HTŞ terror təşkilatının lideri Məhəmməd Kolanın (Əhməd Şara) İsrailə qarşı hər təhdid və raket atəşinə birbaşa cavabdeh olduğunu iddia edib.

Katz sionist İsrail ordusunun tezliklə Suriyaya "tam cavab" verəcəyini bildirib və hücumlara başlayacaqlarına işarə edib.

Soyqırım törədən İsrail ordusu Suriyadan 2 raket atıldığını və raketlərin işğal altındakı Qolan təpələrində açıq əraziyə düşdüyünü iddia etmişdi.

Xəbəri paylaş

VİDEOLAR