Sionist İsrail Yəmənə hücum edib

Sionist İsrail Yəmənə hücum edib

Səhər saatlarında sionist rejimin Yəmənin paytaxtı Sənada və ölkənin qərbində yerləşən Hudeydə şəhərində mülki ərazilərdə həyata keçirdiyi hücumlarda 9 nəfər şəhid olub, 3 nəfər isə yaralanıb.

Az.rasthaber.com İrna-ya istinadən xəbər verir ki, sionist rejim Yəmənin Hudeydə şəhərində Əl Salif limanına hücum edib və hücum nəticəsində 7 nəfər şəhid olub.

Əl-Cəzirə telekanalının verdiyi başqa bir xəbərdə işğalçı sionist rejim qüvvələrinin Səna və Hudeydə bölgə və obyektlərinə qarşı hücumlarında indiyədək ümumilikdə 9 şəhid və 3 nəfərin yaralandığı bildirilib.

Yəmən mediası daha əvvəl Hudeydə əyalətində Ras İsa neft obyektlərinə edilən 2 hücum nəticəsində 2 nəfərin şəhid olduğunu, 1 nəfərin yaralandığını açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR