Sionist İsrail rejiminin təcavüzü davam edir

Sionist İsrail rejiminin təcavüzü davam edir

Xəbər mənbələri İsrail rejiminin Cənubi Livanda bir avtomobilə pilotsuz təyyarə ilə hücum etdiyini bildirib. Livanın Səhiyyə Nazirliyi bu terror aktında 3 nəfərin şəhid olduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə televiziyasının müxbirinin verdiyi məlumata görə, İsrail rejimi Cənubi Livanın “Kəfr Əd-Kal” kəndində bir avtomobilə pilotsuz təyyarə ilə hücum təşkil etdiyini açıqlayıb.

Livanın Səhiyyə Nazirliyi bu terror aktında 3 nəfərin şəhid olduğunu açıqlayıb.

Üç gün əvvəl Livan mənbələri İsrail rejiminin Cənubi Livanın “Vaed əl-Muzlam” və “Cəbəl əl-Bəlat” bölgələri arasında hardasa yeni pilotsuz təyyarə hücumu həyata keçirdiyini bildirib. Bu, həmin gün ikinci dron hücumu idi.

İsrail rejiminin pilotsuz təyyarə ilə Cənubi Livana ikinci hücumu

Bu hücumlar Livan hökumətinin səmərəsizliyi və beynəlxalq ictimaiyyətin susqunluğu, xüsusilə atəşkəs rejiminə nəzarət edən komitənin üzvü olan Fransa və ABŞ-ın dəstəyi ilə həyata keçirilir. Bu boşluqdan istifadə edən İsrail rejimi 1701 saylı qətnaməni və atəşkəsi davamlı olaraq pozmağa davam edir. Hətta Livan ordusu qüvvələrini hədəf almaq üçün hücumlarını genişləndirib.

Xəbəri paylaş

VİDEOLAR