Sionist İsrail Qəzzada dinc sakinləri hədəf almağa davam edir

Sionist İsrail Qəzzada dinc sakinləri hədəf almağa davam edir

Sionist İsrail ordusunun bu gün Qəzza zolağına həyata keçirdiyi hava hücumlarında 5-i eyni ailədən olan 13 nəfər şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, soyqırım törədən İsrail ordusu bu gün səhər saatlarında Qəzza zolağına hava zərbələri endirib. Hücumlar nəticəsində şəhid olanların sayı 13-ə çatıb. Şəhidlər arasında 5-i eyni ailədən olan mülki vətəndaşlar olduğu halda, çoxlu sayda yaralı var.

Səhiyyə mənbələrindən alınan məlumata görə, Qəzza zolağının şimalındakı Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsində bir evin bombalanması nəticəsində şəhid olanların sayı 6-ya yüksəlib.

Sionist İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunisin şərqindəki Xuza qəsəbəsində bir evi pilotsuz uçuş aparatı (PUA) ilə vurub. Hücum nəticəsində bir fələstinli şəhid olub, çoxlu sayda insan yaralanıb.

Xan Yunisin şərqində yerləşən Fəxari şəhərinin Amur rayonunda bir ev də sionist İsrail qüvvələri tərəfindən vurulub. Bombalama nəticəsində 2 fələstinli yaralanıb.

Xan Yunisin şərqindəki Huzaa qəsəbəsində bu gün səhər saatlarında vurulan evdə şəhid olan 5 nəfərin eyni ailədən olduğu bildirilib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA da bu səhər dərc etdiyi xəbərdə Mevasi bölgəsinə edilən hava hücumunda bir nəfərin şəhid olduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR