Sionist İsrail Qəzzada dinc sakinləri bombalamağa davam edir

Sionist İsrail Qəzzada dinc sakinləri bombalamağa davam edir

İşğalçı İsrail ordusu Xan Yunusda sığınan qaçqın çadırlarını hədəfə alıb və bu hücum nəticəsində indiyədək 10-dan çox insan şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, Xan Yunusdakı “Mevası” bölgəsində qaçqın çadırlarının bombalanması nəticəsində 11 nəfərin şəhid olduğu açıqlanıb. Şahab xəbər agentliyinin məlumatına görə, şəhidlərdən dördü uşaq, ikisi isə qadındır. Bu bombardmanda 15 qaçqın yaralanıb.

Şahidlərin bildirdiyinə görə, çadırlarda dinc sakinlər yatarkən işğalçı İsrail ordusuna məxsus helikopter qaçqın çadırlarına raket zərbələri endirib.

Sionistlər Qəzzanın cənubundan əlavə, bu gün səhər Qəzzanın şimalında daha bir qətl törədiblər. İşğal ordusunun pilotsuz uçuş aparatları Qəzzanın şərqindəki Şucaiyye məhəlləsində "Et-Tawabien" küçəsində bir evi hədəfə alıb və bu hücum nəticəsində 2 nəfər şəhid olub, 4 nəfər yaralanıb.

Sionist əsgərlər həmçinin Qəzzanın cənubundakı Zeytun məhəlləsində bir neçə binanı bombalayıb, hamısını məhv ediblər.

Xəbəri paylaş

VİDEOLAR