Sionist İsrailin bu gün səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 35 fələstinli şəhid olub, çoxlu sayda insan isə yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, səhiyyə rəsmiləri və hadisə şahidlərindən alınan məlumata görə, sionist İsrail ordusu səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrində köçkünlərin yerləşdiyi çoxlu ev və çadırları hədəf alıb.
Sionist İsrailin Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc Qaçqınlar Düşərgəsində yaşayış binasını hədəf alan artilleriya hücumu nəticəsində iki fələstinli şəhid olub.
Qəzza zolağının cənubundakı Xan Yunisin cənubundakı Kizan ən-Nəccar bölgəsində soyqırımçı İsrailin bir qrup mülki şəxsə qarşı həyata keçirdiyi hücumda 3 fələstinli şəhid olub.
Qəzzada Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada, İsrailin Qəzza şəhərinin mərkəzində köçkünlərə sığınacaq verən Əl-Farabi məktəbini hədəf aldığı hücumda 3 fələstinlinin şəhid olduğu bildirilib.
Sionist İsrailin Xan Yunisin şərqində Əl-Amur və Şurab ailələrinə məxsus iki evi hədəf alması nəticəsində 19 fələstinli şəhid olub.
Qatil İsrail ordusunun səhər saatlarında Xan Yunisin qərbindəki Əl-Məvasi bölgəsində köçkünlərin çadırlarını bombalaması nəticəsində iki valideyn və üç uşaq olmaqla eyni ailədən 5 nəfər şəhid olub.
Qəzza zolağının şimalındakı Cibəliyyə Qaçqınlar Düşərgəsinin Əl-Qəsasib məhəlləsində soyqırımçı İsrailin pilotsuz uçuş aparatı (PUA) ilə atəş açması nəticəsində bir fələstinli qadın həyatını itirərkən, Qəzzanın şərqindəki Şucayyə məhəlləsindəki Əl-Mənsurə küçəsində isə bir mülki vətəndaş şəhid olub.
Bu arada Əl-Məvasidə köçkünlərin çadırlarını hədəf alan bombalı hücumda yaralanan qızın da şəhid olduğu bildirilib.
Digər tərəfdən, qatil İsrail ordusunun maşınları Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsini və şimalda Cibəliyyə Şəhidləri Qəbiristanlığını hədəf alıb.
Qəzza şəhərinin şərqində ordu maşınları tüstü bombaları atıb və bir helikopter intensiv atəş açıb.
Sionist İsrailin pilotsuz təyyarəsi də Xan Yunisin şərqindəki Əbəsən əl-Kəbirə qəbiristanlığı yaxınlığında bir qrup mülki vətəndaşın üzərinə bomba atıb, lakin itki yoxdur.