Sionist İsrail Livanın cənubuna artilleriya hücumu həyata keçirib

Sionist İsrail Livanın cənubuna artilleriya hücumu həyata keçirib

Sionist İsrail ordusu Livanın cənubunda yerləşən Nəbatiyyə əyalətinin Aytə əş-Şaab qəsəbəsinə artilleriya hücumu həyata keçirib.

Az.rasthaber.com xəbər verir ki, hücum xəbəri Livan yerli mətbuatında yayılıb.

Qatil İsrail ordusunun Ayta əş-Şaab qəsəbəsinə artilleriya hücumu təşkil etdiyi, lakin hücum nəticəsində insan tələfatı və ya maddi ziyanla bağlı hələlik məlumat paylaşılmadığı bildirilib.

Soyqırım törədən İsrail ilə Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna havadan və qurudan hücumları demək olar ki, hər gün davam edir.

Atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri İsrail 3000-ə yaxın pozuntuya yol verib və bu prosesdə ən azı 213 nəfər şəhid olub, 508 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR